Eynulla Fətullayev Haqqın.az saytını kimə satdığını açıqladı

18:49 09.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış jurnalist Eynulla Fətullayev bir müddət öncəyədək rəhbərlik etdiyi Haqqın.az saytını iş adamı, politoloq Adəm İsmayılova satdığını açıqlayıb.

Hafta.az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib.

"Saytı satmaq və Azərbaycanda jurnalistikanı tərk etmək qərarına gəldim. Haqqın.az-ın domainini, MMC-nin tam payını iş adamı və politoloq İsmayılov Adəmə notariat qaydada satdım. Mən nə Caliber adlı sayt eşitmişəm, nə də Timur adlı şəxsin üzünü görmüşəm.

Gələcək planlarıma gəldikdə isə, hələlik biznes fəaliyyətilə məşğul olmaq istəyirəm. Hazırkı zamanda Azərbaycanda jurnalistika ilə məşğul olmaq uçurumun üzərindən nazik kanat üstündə getmək kimi təhlükəlidir.

Amma dünyada, regionda cərəyan edən hadisələri, maraqlı məlumatları sosial şəbəkələrdəki səhifələrimdə paylaşacam. Jurnalistikaya dönəcəmmi? Dünyanın işlərini heç bilmək olmaz! Oxucularıma salam və təşəkkürlər!", - deyə qeyd olunub.